Elmi-Tədqiqat,
Layihə və Məsləhət Xidmətləri

“HİDROLOQ” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 avqust 2003-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və 0103-D27-38323 No-li Şəhadətnamə verilmişdir. Əsas fəaliyyət istiqamətləri Hirdotexniki, Meliorasiya, Su təchizatı və Kanalizasiya sistemi qurğuları üzrə elmi-tədqiqat və layihə-axtarış işlərinin aparılması o cümlədən, Texniki iqtisadi əsaslandırma hesabatlarının və layihə sənədlərinin hazırlanmasından ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyata Nazirliyi Tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” üçün EL – 492/2019/1; EL – 492/2019/2 və EL – 492/2019/3 saylı Lisenziyalar verilmişdir. Cəmiyyət Azərbaycan Respublikası ilə bərabər xarici ölkələrdə də layihələndirmə və tədqiqat işləri ilə məşğul olur.