Xidmətlər

Hidroloq Elmi-Tədqiqat,Layihə və Məsləhət Xidmətləri


Hidrotexniki qurğuların layihələndirilməsi

Hidrotexniki qurğuların layihələndirilməsi – su anbarları, bəndlər, magistral su kəmərləri, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu qurğular, nasos stansiyaları, hidrotexniki tunellər, kanallar, kollektorlar, səviyyə əlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcra nizamlayıcı, balıqburaxan və balıqqoruyucu qurğular, habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular;


Meliorasiya qurğuların layihələndirilməsi

Meliorasiya qurğuların layihələndirilməsi – meliorasiya olunmuş torpaqlarda su – duz rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular və tikililər), habelə qoruyucu meşə əkinlərinin layihələndirilməsi;


Mühəndis sistemlərinin layihələndirilməsi

Mühəndis sistemlərinin layihələndirilməsi– su təchizatı və kanalizasiya sistemlərinin, elektrik təchizatı sistemlərinin, istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin, rabitə, radio və televiziya sistemlərinin, nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi;


Tikinti obyektlərinin memarlıq layihələndirilməsi

Tikinti obyektlərinin memarlıq layihələndirilməsi – bina və qurğuların memarlıq həlləri, memarlıq abidələrinin bərpası üzrə müvafiq layihələrin hazırlanması;


İnşaat konstruksiyalarının layihələndirilməsi

İnşaat konstruksiyalarının layihələndirilməsi – bina və qurğuların inşaat konstruksiyalarının (beton, dəmir-beton, polad, daş ), borulu yol keçidlərinin və istinad divarlarının layihələndirilməsi.


Layihələrin xüsusi bölümlərinin işlənməsi

Layihələrin xüsusi bölümlərinin işlənməsi – tikinti işlərinin təşkilinin hazırlanması və smetaların tərtib edilməsi işləri.


Baş layihəçi funksiyasının həyata keçirilməsi

Baş layihəçi funksiyasının həyata keçirilməsi – bu bölmədə işlər hər bir fəaliyyət sahəsi üzrə yerinə yetirilir.