Samur su qovşağı
Samur su qovşağının suqəbuledicisinin hidravliki rejiminin laboratoriya tədqiqatlarının aparılması Layihələndirilən su qovşağının suqəbuledicisi qurğusunun fiziki model qurğusu tikilmiş və onun eksperimental tədqiqatları aparılmışdır. Aparılan tədqiqatların nəticəsində layihələndirilən suqəbuledici qurğunun və sugötürücü kanalların baş şlüzlərinin suburaxma qabiliyyətləri öyrənilmiş, suqəbuledicinin şlüzlərin, cib kamerasının konstruktiv elementlərinin hidravliki tədqiqatları aparılmış və onların konstruktiv parametrləri dəqiqləşdirilmişdir.
Samur su qovşağı
Samur su qovşağının durulducusunun konstruksiyası sxeminin işlənməsi və onun normal iş rejimini təmin edən tövsiyələrin hazırlanması üçün eksperimental tədqiqatların aparılması Layihələndirilən su qovşağının durulducusunun fiziki model qurğusu tikilmiş və onun eksperimental tədqiqatları aparılmışdır. Aparılan tədqiqatların nəticəsində layihələndirilən durulducunun avankamerasının və yuma kameralarının hidravliki tədqiqatları aparılmış, onların konstruktiv parametrləri dəqiqləşdirilmiş, durulducunun lil çöküntülərindən hidravliki yuyulması öyrənilmişdir.
Şuşa şəhərinin su təchizatı
Şuşa şəhərinin su təchizatının dayanıqlığının təmin olunması məqsədilə Zarıslı və Qarqar çayının axarlarında hidrolji araşdırma işlərinin aparılması